Bank Of Baku

Xırdalan-Binəqədi yolunda və Bakının Nizami rayonunda piyadanı vuran sürücülər hadisə yerindən qaçıblar

Xırdalan-Binəqədi yolunda və Bakının Nizami rayonunda piyadanı vuran sürücülər hadisə yerindən qaçıblar
# 11 may 2007 15:52 (UTC +04:00)
Bu gün Xırdalan-Binəqədi yolunun 4,5-ci kilometrliyində saat 01.00 radələrində 45 yaşlı Sumqayıt şəhər sakini Elbrus Karpat oğlu Rüstəmzadə naməlum avtomabil tərəfindən vurulub. Bakı şəhər Yol Polisi İdarəsinin Təhlükəsizliyin Təmini və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, nəticədə zərərçəkmiş şəxs ölüb, hadisəni törədən sürücü isə hadisə yerini tərk edib. Faktla bağlı məlumatı olan şəxslər 412-54-64 və 418-82-78 nömrəli telefonlara zəng edib məlumat verə bilərlər. Məlumat verən şəxslərin anonimliyi qorunur. Analoji hadisə mayın 7-də saat 01.00 radələrində Nizami rayonu, Qara Qarayev küçəsi, 4 saylı kolxoz bazarının qarşısında baş verib. Naməlum avtomaşın 66 yaşlı Cəbrayıl rayonunda anadan olan piyada Qalib Məstəli oğlu Səmədovu vurub. Nəticədə zərərçəkmiş şəxs hadisə yerində ölüb, hadisəni törədən sürücü isə qaçıb. Faktla bağlı məlumatı olan şəxslər (055) 700 17-00, 421-02-02, 421-09-58, 423-31-90 və 422-12-29 nömrəli telefonlara zəng edib məlumat verə bilərlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR