Bank Of Baku

Hacıqabulda qatar Quba sakinini vuraraq öldürüb

Hacıqabulda qatar Quba sakinini vuraraq öldürüb
# 14 may 2007 10:35 (UTC +04:00)
Hacıqabulda qatar Quba sakinini vuraraq öldürüb. Hacıqabul rayon xətt polis bölməsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə dünən saat 19.40 radələrində baş verib. Qatar Hacıqabul rayonunun Muğan qəsəbəsində Quba rayonunun Qarxun kənd sakini, 1973-cü il təvəllüdlü Bayramov Namiq Sədulla oğlunu dəmir yolunu keçərkən vurub. Nəticədə o, aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı Hacıqabul rayon xətt polisi tədqiqat aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR