Bank Of Baku

Bakıda baş verən yol qəzasında bir İran vətəndaşı ölüb

Bakıda baş verən yol qəzasında bir İran vətəndaşı ölüb
# 14 may 2007 11:12 (UTC +04:00)
Ötən gün Bakının Nərimanov rayonu və Yevlax rayonu ərazilərində yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu Z. Bünyadzadə prospektində Sumqayıt şəhər sakini Adil Abdullayev idarə etdiyi “VAZ-21099” markalı avtomaşını dirəyə vurub. Nəticədə sərnişinlər - İran vətəndaşları Maysa Ruhi Əsla hadisə yerində ölüb, Tebyanyan Mehtat isə xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Yevlax rayonu Aran qəsəbəsi ərazisində isə Lənkəran rayon sakini İlham Cabbarovun idarə etdiyi “İkarus” və Bakı şəhər sakini Şirvan Əliyevin idarə etdiyi “RAF” markalı avtomaşınlar toqquşublar. Nəticədə xəsarət alan Ş. Əliyev və sərnişinləri - Gəncə şəhər sakini Teyyub Həmidov və Samux rayon sakini Məhbubə Məmmədova xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR