Bank Of Baku

Bakının Nizami, Yasamal rayonları və Xanlarda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakının Nizami, Yasamal rayonları və Xanlarda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 14 may 2007 14:34 (UTC +04:00)
Ötən gün Xanlar rayonu, Bakının Nizami və Yasamal rayonları ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xanlar rayonunun Qızılca kəndi ərazisində Gülbulaq kənd sakini Azər Tağıyev idarə etdiyi “VAZ-2121” markalı avtomaşınla kənd sakini Günay Hüseynovanı vurub. Nəticədə G. Hüseynova hadisə yerində ölüb. Nizami rayonu ərazisində Bakı şəhər sakini Ramin Alıyev idarə etdiyi “Volkswagen” markalı avtomaşınla Lyubov Samışkinanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş L. Samışkina orada ölüb. Yasamal rayonu ərazisində, Moskva prospektində isə “VAZ-2106” markalı avtomaşını idarə edən sürücü onu maneəyə vurub. Nəticədə sürücü hadisə yerində ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR