Bank Of Baku

Xanlarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Xanlarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb
# 15 may 2007 08:45 (UTC +04:00)
Xanlar rayonunun Qızılca kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər dünyasını dəyişib. Bu barədə APA-nın qərb bürosuna Xanlar Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Tofiq Muruyev məlumat verib. Onun sözlərinə görə, Xanlar rayonunun Gülbülaq kənd sakini 1983-cü il təvəllüdlü Azər Akif oğlu Tağıyev idarə etdiyi “VAZ-2121” markalı 10 RJ 934 dövlət nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Günay Hüseynovanı vurub. Sürücü zərərçəkəni xəstəxanaya aparmaq istəsə də, Günay Hüseynova hadisə yerində keçinib. Faktla bağlı Xanlar RPŞ-də Cinayət Məcəlləsinin 263.2 (bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilməsi) maddəsi ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR