Bank Of Baku

Ağstafaçayda baş verən daşqın nəticəsində iki körpü uçub, 400 hektar ərazini su basıb

Ağstafaçayda baş verən daşqın nəticəsində iki körpü uçub, 400 hektar ərazini su basıb
# 15 may 2007 14:58 (UTC +04:00)
Daşqın nəticəsində çayın yaxınlığından keçən köhnə dəmir yol körpüsü və işlək vəziyyətdə olan avtomobil yolu körpüsü uçaraq istifadəyə yararsız hala düşüb. Bu barədə APA-nın Qərb bürosuna Ağstafa rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarov məlumat verib. Onun sözlərinə görə, baş vermiş daşqın ərazidə məskunlaşan əhalinin pay torpaqlarının xeyli hissəsini yuyub. Hal-hazırda ərazidə sahil-bərkitmə işləri görülür və dəyən ziyan aradan qaldırılır. Ramiz Tatarovun sözlərinə görə, yağan yağışlar Kürün Ağstafa rayon ərazisindən keçən hissəsində də suyun səviyyəsinin qalxmasına səbəb olub. Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində Ağstafa rayon ərazisində təxminən 400 hektar ərazini su basıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR