Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi Ərkivanda baş verən yanğınla bağlı açıqlama yayıb

Fövqəladə Hallar Nazirliyi Ərkivanda baş verən yanğınla bağlı açıqlama yayıb
# 15 may 2007 15:07 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Ərkivanda baş verən yanğınla bağlı açıqlama yayıb. Nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, mayın 14-də saat 22:22 radələrində Masallı rayon mərkəzindən 8 km aralıda yerləşən Ərkivan kəndində, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə məxsus 220 kV-luq yarımstansiyada quraşdırılan, gücü 125 MVA olan iki saylı avtotransformatorun ətrafına dağılan 55 ton transformator yağı 50 kv. m sahədə yanıb. Yanğının söndürülməsinə iki saylı çağırışla Masallı, Göytəpə, Lənkəran, Biləsuvar, Cəlilabad, Portliman Dövlət Yanğından Mühafizə Xidmətinin 8 ədəd əsas yanğın avtomobilləri cəlb olunub: “Yanğının qarşısı alınıb, eyni gücə malik olan 3 transformator yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbləri araşdırılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR