Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda reydlər keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda reydlər keçirib
# 15 may 2007 16:57 (UTC +04:00)
APA-nın xəbərinə görə, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 154 ünvanda yerləşən binanın zirzəmisində ərzaq məhsullarının topdansatış mərkəzində elektrik naqillərinin düzgün quraşdırılmaması, yanğın xəbərdarlığı verən siqnalın olmaması, malların normadan artıq saxlanması, qeyri-standart sobalardan istifadə olunması halları aşkarlanıb. Həmin rayonun Həsən Əliyev küçəsi 10 ünvanda yerləşən restoranda isə qaz sobalarının yanğın təhlükəsi yaratması, qaz təhlükəsizliyi qaydalarına tələblərinə cavab verməməsi aşkarlanıb. Binəqədi rayonu Şövkət Məmmədova 3 a ünvanında yerləşən “Azəri” şadlıq sarayında keçirilən reyd zamanı da yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı bəlli olub. Şadlıq sarayının müdiriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi ilə bağlı Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının söylədikləri iradlardan tezliklə nəticə çıxaracaqlarını bildiriblər.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Rövşən Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, qeyd olunan yoxlamalar zamanı edilən xəbərdarlıqlardan nəticə çıxarmaq üçün obyektlərə vaxt veriləcək. Verilmiş müddət ərzində irəli sürülən tələblər yerinə yetirilməsə, obyektlərin bağlanması haqda qərar çıxarılacaq. Onun sözlərinə görə, yaşayış binalarının zirzəmisində yerləşən ticarət obyektlərində güclü yanğın təhlükəsi var və bu obyektlərdə baş verən yanğının söndürülməsi üçün heç bir şərait yoxdur.
Xidmət rəisi obyektlərin rəhbərləri tərəfindən indiyə qədər elan edilən xəbərdarlıqlara laqeyd yanbaşıldığını da vurğulayıb: “Onlar bəzən edilən xəbərdarlığa məhəl qoymurlar. Amma mən əmin edirəm ki, həmin obyektlərdə təhlükəsizlik qaydalarına əməl edilməyənə qədər biz tələbimizdə israrlı olacağıq. Böyük yanğın təhlükəsi olduğu halda obyekti yerindəcə bağlama hüququmuz var. Biz qanunvericiliyin imkan verdiyi bütün imkanlardan istifadə edirik. Respublikada yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə çalışırıq. Ona görə də rayon və şəhərlərdə bütün obyektlərə baxış keçirilir. Respublikanın bütün obyektlərində bu cür yoxlamalar aparılacaq”.
Qeyd edək ki, indiyə qədər yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən 100-ə qədər obyektin fəaliyyəti dayandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR