Bank Of Baku

Gəncədə narkotik maddə satmaq istəyən iki nəfər yaxalanıb

Gəncədə narkotik maddə satmaq istəyən iki nəfər yaxalanıb
# 15 may 2007 15:15 (UTC +04:00)
Dünən gecə Daxili İşlər Nazirliyi (DİN) Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Şamlıq kənd sakini, 1943-cü il təvəllüdlü Cahan Müseyib oğlu Mustafayev 9 qram marixuana satmaq istəyərkən yaxalanıb. Bu barədə APA-nın qərb bürosuna Qərb Regional Şöbəsinin rəis müavini Rafael İsmayılov məlumat verib. Onun sözlərinə görə, C. Mustafayev narkotik maddənin hər qramını 6 manata satmağı planlaşdırırmış.
R. İsmayılov əlavə edib ki, dünən keçirilən digər əməliyyat nəticəsində Gəncə Hava Limanında Ağdaş rayon sakini Elvin Məmmədov 1 qram heroini 34 manata satmaq istəyərkən saxlanılıb: “Elvin Məmmədov narkotik vasitəni hazır iynə şəklində satırmış. Növbəti alver zamanı o, əməkdaşlarımız tərəfindən yaxalanıb”. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, 2007-ci ildə DİN Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumilikdə dövriyyədən 8 kq narkotik maddə müsadirə edilərək çıxarılıb. Onlardan 1 kq 510 qramı heroin, qalanı isə marixuanadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR