Bank Of Baku

Beyləqan rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri kabinetində döyülüb

Beyləqan rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri kabinetində döyülüb
# 15 may 2007 16:47 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, Zakir Mehdiyevin döyülməsinə rayonun orta məktəblərində keçirilən yarışlarda təyin olunmuş mükafatın verilməsində yaranan narazılıq səbəb olub. Zərərçəkənin yaxın qohumu Beyləqan rayon 1 saylı orta məktəbin direktoru vəzifəsində çalışır. Gənc istedadların üzə çıxarılması və onların texniki yaradıcılıqlarına həsr olunmuş yarışlarda sözügedən məktəbin birinci yerə layiq görülməməsi Zakir Mehdiyevin hiddətinə səbəb olub və o, öz iradını bildirmək üçün rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Raisa İsgəndərovanın iş otağına girərək onu təhqir edib. Raisa İsgəndərovanın həyat yoldaşı Bəhruz Quliyev kürəkəni ilə icra hakimiyyətinin binasına gəlib və həyat yoldaşının təhqir olunması ilə bağlı Zakir Mehdiyevlə mübahisə edib. Tərəflər arasında əlbəyaxa dava baş verib və dava hüquq şöbəsinin müdirinin döyülməsi ilə nəticələnib. Zərərçəkən Zakir Mehdiyev Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb və bir neçə saatdan sonra evə buraxılıb. Beyləqan rayon prokurorluğundan və yerli polis şöbəsindən APA-ya bildirilib ki, faktla bağlı bu qurumlara şikayət daxil olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR