Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 16 may 2007 08:32 (UTC +04:00)
Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin Şəhidlər Xiyabanı ilə Tofiq İsmayılov küçəsinin kəsişdiyi yerdə 1983-cü il təvəllüdlü Röyal Ədalət oğlu Babayevin idarə etdiyi “KamAZ-5511” markalı 42 AG 078 dövlət nömrə nişanlı yük avtomobili ilə 1971-ci il təvəllüdlü Xalid Ağalar oğlu İsayevin idarə etdiyi “VAZ-2107” markalı 10 BZ 422 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə X. İsayev ağır xəsarətlərlə xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR