Bank Of Baku

Ağstafaçayda daşqın davam edir, sel suları 7 kəndi avtomobil yolu ilə birləşdirən Poylu körpüsünün orta dayağını uçurmaq üzrədir

Ağstafaçayda daşqın davam edir, sel suları 7 kəndi avtomobil yolu ilə birləşdirən Poylu körpüsünün orta dayağını uçurmaq üzrədir
# 16 may 2007 09:22 (UTC +04:00)
Sel suları dünən rayonun 7 kəndini avtomobil yolu ilə birləşdirən Poylu körpüsünün kənar sütununu dağıdıb, bu gün isə yüksək sürətlə axan su körpünün orta dayağını uçurmaq üzrədir. Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, sel və daşqınlar Ağstafa çayının sahilləri yusa da, təhlükənin miqyasının genişlənməsinin qarşısını almaq üçün tədbirlər görülür. “Bu işə rayon üzrə bütün texnika cəlb olunub və sahil-beton bərkitmə işləri davam edir. Dünən Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hadisə yerində olub və akt tərtib edərək dəyən ziyanı təxmini müəyyən ediblər. Bununla belə çayda suyun səviyyəsinin qalxması nəticəsində sahilyanı ərazilərin yuyulması təhlükəsi hələ də qalmaqdadır. Ağstafa çayı ətrafında yerləşən evləri hal-hazırda heç bir təhlükə gözləmir, biz artıq bu təhlükənin qarşısını almışıq”. Ramiz Tatarovun sözlərinə görə, Ağstafaçay üzərindən keçən köhnə dəmiryol körpüsü sel nəticəsində uçub. “Təzə körpüdə də problem yaranmışdı. Burada da sahil-bərkitmə işləri davam edir və artıq demək olar ki, bu problem aradan qalxmaq üzrədir”. Qeyd edək ki, Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində çayın Ağstafa rayonu ərazisindən keçən hissəsində 450 hektara qədər ərazi su altında qalıb. Hal-hazırda Kür çayının Ağstafa rayon ərazisindən keçən hissəsində suyun axma sürəti 1800 kub / saniyədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR