Bank Of Baku

Gəncədəki yataqxanaların birində özünəqəsd baş verib

Gəncədəki yataqxanaların birində özünəqəsd baş verib
# 16 may 2007 10:42 (UTC +04:00)
Dünən gecə 1987-ci il təvəllüdlü İsmayıl Tahir oğlu Məmmədov qarın boşluğunda daxilə keçən xəsarətlə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib. Xəstəxanadan APA-nın qərb bürosuna verilən məlumata görə, zərərçəkən üzərində aparılan cərrahiyyə əməliyyatından sonra onun vəziyyəti normallaşıb. Gəncə Şəhər Polis İdarəsinin müstəntiqi Natiq Məmmədov bildirib ki, zərərçəkənin vəziyyəti tam normallaşan kimi ondan ilkin ifadələr alınacaq. Müstəntiq əlavə edib ki, İ. Məmmədovun yaxınlarının verdiyi ifadəyə görə, zərərçəkən özü-özünü bıçaqla vurub. Hadisə münaqişə zəminində Gəncə Toxuculuq Kombinatının yataqxanasında baş verib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR