Bank Of Baku

Bakının Əzizbəyov, Binəqədi rayonlarında və Lənkəran şəhərində baş verən yol-nəqliyyat hadisələri ölümlə nəticələnib

Bakının Əzizbəyov, Binəqədi rayonlarında və Lənkəran şəhərində baş verən yol-nəqliyyat hadisələri ölümlə nəticələnib
# 16 may 2007 10:43 (UTC +04:00)
Mayın 15-də Əzizbəyov rayonu Qala qəsəbəsi ərazisində, saat 22:40 radələrində Buzovna qəsəbə sakini Vüqar Ələkbərovun idarə etdiyi “KamAZ” markalı və “Azsamand” markalı avtomaşınlar (sürücüsünün şəxsiyyəti müəyyənləşdirilir) toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə “Azsamand” markalı avtomaşında yanğın baş verib, sürücü hadisə yerində ölüb. Xəsarət almış sərnişinlər - Buzovna qəsəbə sakinləri Emin Nağıyev, Meydan Balabəyov, Ramilə Şıxəliyeva və Nadir Hadıyev isə xəstəxanaya yerləşdiriliblər. R. Şıxəliyeva və N. Hadıyev xəstəxanada ölüblər.
Elə həmin gün Binəqədi rayonu ərazisində saat 20:00 radələrində Bakı şəhər sakini Ramin Qurbanov “Azsamand” markalı avtomaşını idarə edərkən paytaxt sakini Elvin Quliyevi vurub. Nəticədə E. Quliyev hadisə yerində ölüb.
Yenə həmin gün Lənkəran şəhəri ərazisində saat 15:20 radələrində rayonun Yuxarı Nüvədi kənd sakini Vasif Həsənovun idarə etdiyi “VAZ-2106” markalı və Digah kənd sakini Ədalət Həbibovun idarə etdiyi “VAZ-2103” markalı avtomaşınlar toqquşub. Nəticədə V. Həsənovun xəsarət almış sərnişini, həmyerlisi Sədaqət Qasımov xəstəxanaya yerləşdirilib və orada ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR