Bank Of Baku

Bakı və Naxçıvandakı yol-nəqliyyat hadisələrində iki nəfər ölüb

Bakı və Naxçıvandakı yol-nəqliyyat hadisələrində iki nəfər ölüb
# 17 may 2007 11:14 (UTC +04:00)
Mayın 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Ələsgərov "Kamaz" markalı avtomaşını idarə edərkən paytaxt sakini Cəsarət Abdullayevi vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, C. Abdullayev hadisə yerində ölüb. Həmin gün Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Naxçıvan şəhər sakini Vasif Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerlisi Vera Mahmudovanı vurub. Xəstəxanaya yerləşdirilən V. Mahmudova dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR