Bank Of Baku

Polis vətəndaşlardan çoxsaylı narkotik vasitələr götürüb

Polis vətəndaşlardan çoxsaylı narkotik vasitələr götürüb
# 17 may 2007 11:27 (UTC +04:00)
Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 15-də Bakı şəhər sakini Orxan Abdullayevin cibindən mobil telefonunu oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramin Qəhrəmanov tutulub və ondan 0,157 qram heroin götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Balakən rayon sakini Əziz Qarayevdən 20 qram marixuana, Yasamal rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Şamilovdan 0,612 qram heroin, 26-cı polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Yusifovdan 0,206 qram heroin, 29-cu polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Müşfiq Rəhimovdan 0,329 qram heroin, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları isə Bakı şəhər sakini Emil Əliyevdən 0,224 qram heroin götürüblər.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini Əjdər Camalovdan 6,31 qram tiryək və 0,337 qram heroin, Neftçala rayon Polis Şöbəsinin əməkdaşları Bankə qəsəbə sakini Rafiq Mustafayevdən 0,3 qram tiryək və 0,3 qram həşiş, Dəvəçi rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Rövşən Ağayevdən 2,3 qram tiryək və 2 ədəd satışı məhdudlaşdırılmış həb, Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları isə Bakı şəhər sakini Kamil Ramazanovdan 0,247 qram heroin əldə ediblər. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Corat qəsəbə sakini Novruz Qasımov 3,27 qram tiryəki satarkən tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR