Bank Of Baku

Bərdədə icra nümayəndəsi polis zabitini bıçaqlayıb

Bərdədə icra nümayəndəsi polis zabitini bıçaqlayıb
# 17 may 2007 16:55 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, polis zabitinə bədən xəsarəti yetirən şəxs isə Bərdə rayon icra hakimiyyəti başçısının Kələntərli kənd icra nümayəndəsi Mobil Məmmədov olub. Zərərçəkən Məhəmməd İmamverdiyevin sözlərinə görə, o xidməti vəzifəsini yerinə yetirərkən Mobil Məmmədovun sürətlə idarə etdiyi maşını saxlayıb və sürücünün sərxoş olduğu müəyyən edilib. Sərxoşluğu haqda Mobil Məmmədova xəbərdarlıq edən zabit onun idarə etdiyi maşına əyləşərək icra nümayəndəsini həkim müayinəsindən keçirmək üçün tibb məntəqəsinə aparmaq istəyib. Amma Mobil Məmmədov ona qarşı təzyiq göstərib və maşındakı sərnişinlər Abdullayev Vaqif və Əsədov Siyasətin köməyi ilə polis zabitini bıçaqlayıb. Hazırda polis zabitini bıçaqlayan şəxslər rayon polis şöbəsində saxlanır. Yaralı polis kapitanı isə ev şəraitində həkim nəzarəti altında müalicə olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR