Bank Of Baku

Türkiyənin “Avrasiya” şirkəti Azərbaycan təyyarələrinə həbs qoydurmaq üçün məhkəməyə müraciət edib

Türkiyənin “Avrasiya” şirkəti Azərbaycan təyyarələrinə həbs qoydurmaq üçün məhkəməyə müraciət edib
# 18 may 2007 14:43 (UTC +04:00)
Ankara 16-cı İcra Məhkəməsi “Avrasiya” şirkətinin iddiası əsasında Azərbaycan təyyarəsinə həbs qoyulması barədə qərar çıxarıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, qərardan sonra İstanbulun Atatürk hava limanına enən Azərbaycan Hava Yollarına aid təyyarəyə həbs qoyulub. Ancaq Azərbaycan hökumətinin vəkillərinin etirazından sonra məhkəmə yetərli miqdarda sənəd təqdim olunmadığını səbəb göstərərək qərarın icrasını dayandırıb. “Avrasiya” şirkətinin vəkili isə bu qərardan Yarğıtaya (apellyasiya instansiyası) şikayət verib. “Avrasiya” şirkəti Azərbaycan hökumətindən 200 min dollar tələb edir. Belə ki, bu şirkət 1993-cü ildən Azərbaycandan göndərilən akkumulyatorların modernləşdirilməsi ilə məşğul olub. Üç il ərzində yerinə yetirdiyi sifarişlərin haqqını alan şirkət iddia edir ki, 1996-cı ildə 50 min dollarlıq alacağı ona ödənməyib. Bu borc sonradan faizi ilə birlikdə 200 min dollara yüksəlib. Əgər Yarğıtay şirkətin tələbini haqlı sayarsa və borc ödənməzsə, Azərbaycandan Türkiyəyə gələn ilk təyyarəyə həbs qoyulacaq.
Nazirlər Kabinetindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. “Azərbaycan Hava Yolları” Dövlət Konsernindən isə Azərbaycan təyyarəsinə həbs qoyulması barədə məlumatı təkzib ediblər. Dövlət Konsernindən bildiriblər ki, Türkiyə məhkəməsinin çıxardığı qərarla bağlı hər hansı məlumata malik deyillər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR