Bank Of Baku

Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin azərbaycanlı və erməni tələbələri arasında növbəti dava baş verib

Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin azərbaycanlı və erməni tələbələri arasında növbəti dava baş verib
# 18 may 2007 15:05 (UTC +04:00)
Moskvanın Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin azərbaycanlı və erməni tələbələri arasında yenidən dava baş verib. APA-nın məlumatına görə, davanın səbəbkarı maşına minərək hadisə yerindən kənarlaşıb. Onun barəsində axtarış elan olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, dava edənlərdən biri bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib. Bu dəfə də davanın səbəbi Dağlıq Qarabağın Azərbaycana, yoxsa Ermənistana mənsub olması barədə mübahisə olub.
Qeyd edək ki, aprelin 30-da həmin təhsil ocağında azərbaycanlı və erməni tələbələr arasında baş verən insident zamanı ermənilərin açdığı atəş nəticəsində azərbaycanlı Ağəli Alışov yaralanıb və bu günlərdə xəstəxanadan çıxıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR