Bank Of Baku

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb
# 18 may 2007 15:37 (UTC +04:00)
Bu gün saat 12.40 radələrində Sabunçu və Əzizbəyov dairələri arasında ölümlə nəticələnən yol qəzası baş verib. Sabunçu rayon Yol Polisi Şöbəsindən APA-ya verilən məlumata görə, “Opel” markalı avtomaşınla “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü, 33 yaşlı Binəqədi rayon sakini Məmməd Nəbiyev hadisə yerində keçinib. “Opel” markalı maşının sərnişini, 1991-ci il təvəllüdlü Əlişir Əkrəmov isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR