Bank Of Baku

Təhsil Nazirliyinin keçirdiyi yarışlara mayın 22 və 29-da yekun vurulacaq

Təhsil Nazirliyinin keçirdiyi yarışlara mayın 22 və 29-da yekun vurulacaq
# 19 may 2007 09:47 (UTC +04:00)
Təhsil nazirinin əmri ilə mayın 15-dən Təhsil Nazirliyinin Kuboku uğrunda məktəblilər arasında respublika şahmat turnirinin final mərhələsi keçirilir. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, turnirdə zona mərhələlərində qalib gəlmiş 33 şəhər və rayonun komandası iştirak edir. Yarışlara mayın 22-də yekun vurulacaq. Mayın 11-dən keçirilməyə başlanılan respublika ümumtəhsil və texniki-peşə təhsili müəssisələri şagirdlərinin IV Spartakiadasının final mərhələsinin yarışları isə mayın 29-da yekunlaşacaq. Respublikanın əksər şəhər və rayonlarının qatıldığı bu yarışlarda 1500-ə qədər məktəbli həndbol, basketbol, voleybol, tennis, atletika, boks və güləş idman növləri üzrə mübarizə aparır. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR