Bank Of Baku

N saylı hərbi hissədə qətl hadisəsi baş verib

N saylı hərbi hissədə qətl hadisəsi baş verib
# 19 may 2007 09:48 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, şəxsiyyəti hələlik məlum olmayan əsgər Xanlar rayon Balçılı kəndində anadan olmuş, həmin rayondan hərbi xidmətə çağırılmış əsgər Elsevər Zirəddin oğlu Həsənovu avtomat silahla güllələyib. Nəticədə E. Həsənov ölüb. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə barədə məlumatları yoxdur. Nazirlikdən yalnız araşdırma apardıqdan sonra məlumat verə biləcəklərini qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR