Bank Of Baku

Dağlıq Qarabağda azərbaycanlılara qarşı qətliamlar törətmiş erməni ABŞ-da həbs olunaraq, Ermənistana ekstradisiya olunub

Dağlıq Qarabağda azərbaycanlılara qarşı qətliamlar törətmiş erməni ABŞ-da həbs olunaraq, Ermənistana ekstradisiya olunub
# 21 may 2007 09:56 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Ermənistan Ordusunun keçmiş leytenantı ABŞ-a saxta qaçqın sənədi ilə keçmək istəyərkən Amerikanın Meksika ilə sərhədində yerləşən San Dieqo şəhərində saxlanılıb. Miqrasiya və Gömrük Xidmətidə dindirilmə vaxtı V. Patatanyan deyib ki, birinci Qarabağ müharibəsi vaxtı azərbaycanlılara qarşı vuruşmaq üçün döyüş bölgəsinə əsgərlərin və silah sursatın göndərilməsində yaxından iştirak edib. Leytenant etiraf edib ki, onun silah-sursatla təchiz etdiyi əsgərlər Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Fizuli və digər ərazilərdə yerli sakinlərə qarşı dəhşətli qətliamlar törədiblər. Miqrasiya və Gömrük Xidmətinin San Dieqo şəhəri üzrə rəis müavini Alan Rabinoviç bəyan edib ki, onlar münaqişələr dövründə günahsız insanlara qarşı vəhşiliklər törətmiş cinayətkarların ABŞ-da gizlənməsinə bundan sonra da icazə verməyəcəklər.
Qeyd edək ki, 38 yaşlı erməni cinayətkar artıq 2-ci dəfədir ki, saxta qaçqın sənədləri ilə ABŞ-a daxil olmağa cəhd göstərib. ABŞ Miqrasiya və Gömrük Xidməti yerli əhaliyə müraciət edərək, ölkəyə daxil olan və cinayətlərdə şübhəli bilən bütün insanlar barədə onlara məlumat verməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR