Bank Of Baku

“KamAZ”-la sərnişin mikroavtobusu toqquşub, ölən və yaralananlar var

“KamAZ”-la sərnişin mikroavtobusu toqquşub, ölən və yaralananlar var
# 21 may 2007 13:02 (UTC +04:00)
Mayın 20-də Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad rayon sakini Samir Fətəliyevin idarə etdiyi "KamAZ" markalı və Pirşağı qəsəbə sakini Mehman Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində M. Əliyev hadisə yerində ölüb, 7 sərnişin isə müxtəlif xəsarətlə xəstəxanaya yerləşdirilib.
Dünən Siyəzən şəhəri ərazisində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dəvəçi sakini Aydın Həmidov idarə etdiyi "KAVZ" markalı avtomaşınla Siyəzən sakini Ülvi Mustafayevi vurub. Ü. Mustafayev hadisə yerindəcə ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR