Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi “Gündəlik Azərbaycan” qəzeti redaksiyası da daxil olmaqla bir neçə ofisin yerləşdiyi binanın möhürlənməsi ilə bağlı açıqlama yayıb

Fövqəladə Hallar Nazirliyi “Gündəlik Azərbaycan” qəzeti redaksiyası da daxil olmaqla bir neçə ofisin yerləşdiyi binanın möhürlənməsi ilə bağlı açıqlama yayıb
# 22 may 2007 08:33 (UTC +04:00)
Nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsindən APA-ya daxil olan açıqlamada bildirilir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərində yerləşən, inşa olunan obyektlərdə yanğın və tikinti təhlükəsizliyi ilə əlaqədar müvafiq yoxlamalar həyata keçirir. Aparılan yoxlamalar zamanı, bir sıra obyektdə, o cümlədən Yasamal rayonu, İnşaatçılar prospekti, 20 ünvanda inşa olunan, lakin istismara qəbul olunmayan “Səma” MTK-ya məxsus 2 bloklu 10-11 mərtəbəli yaşayış binasında aşkar olunan yanğına qarşı çatışmazlıqlarla əlaqədar obyektlərin rəhbərlərinə rəsmi xəbərdarlıqlar verilib, icraatı nəzarətdə saxlanılıb. “Səma” MTK-da aşkar olunan çatışmazlıqlarla bağlı kooperativ sədrinə bu il aprelin 27-də xəbərdarlıq edilib. Xəbərdarlıqda aşkar olunan çatışmazlıqlar - binanın istismara qəbul edilmədən yanğın təhlükəli vəziyyətdə istismar olunması, inşa olunan su hovuzuna yanğın avtomobillərinin yan ala bilməməsi, quraşdırılan daxili yanğın su kranlarının komplektləşdirilməməsi, binanın qeyri-yaşayış sahələrində yerləşdirilən ictimai təyinatlı otaqların ikinci evakuasiya yolları ilə təmin olunmaması, binanın əsas pilləkən qəfəsəsi marşının zirzəmi mərtəbəsinə enməsinin qadağan edilməməsi və digər nöqsanlar əksini tapıb. Nöqsanların aradan qaldırılması istiqamətində aparılan işlərin gedişi mayın 10-da yoxlanılıb. Yoxlama zamanı, binanın yanğın təhlükəsizliyinə yönəldilən tədbirlərdən heç birinin həyata keçirilmədiyi, bununla da binada olan sakinlərin təhlükə altında qaldığı aşkarlanıb. Yaranan vəziyyət təhlil olunaraq, mayın 11-də obyektin istismarının (tikinti-quraşdırma işlərinin) dayandırılması barədə qərar verilib. Qərarda qeyd olunan nöqsanların aradan qaldırılması üçün obyekt rəhbərliyinə bir daha vaxt verilib və təkrarən mayın 18-də obyektdə yanğın-texniki müayinə aparılıb. Müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi istiqamətində heç bir tədbir həyata keçirilmir. Yanğın təhlükəsizliyi məsələlərinin icraatı ilə bağlı obyekt rəhbərliyinin laqeyd mövqeyi təhlil olunaraq, obyektin işinin praktiki dayandırılması haqqında qərar verilib. Nəhayət mayın 20-də binanın qeyri-yaşayış sahələrində qeyri-qanuni istismar olunan ofislər, mağazalar, o cümlədən “Gündəlik Azərbaycan” qəzeti redaksiyasının yerləşdiyi ofis və digər obyektlərin istismarı dayandırılıb. Dövlət Yanğın Nəzarəti Xidmətinin mayın 11-i tarixli qərarının icraatı təmin olunub, bu prosedurla bağlı obyekt rəhbərliyinə müvafiq sənədlər verilib. “Səma” MTK-ya məxsus həmin binaya baxış zamanı eyni zamanda məlum olub ki, binanın 1-ci mərtəbəsində əlavə mərtəbəarası örtük, (layihədə nəzərdə tutulmayan) sütunlar, divarlar inşa edilib. Binaya baxış zamanı belə nəticəyə gəlinib ki, 1-ci mərtəbədəki əlavə tikintilər mütləq sökülməli, layihəyə baxılmalı, əlavə qaraj hissəsində ciddi pozuntular varsa, özül tavasının və sütunların gücləndirilməsi üçün layihə işlənilməli, binanın özül hissəsində əlavə gücləndirilmə işləri aparılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR