Bank Of Baku

İnsan alveri ilə məşğul olan iki qadın həbs olunub

İnsan alveri ilə məşğul olan iki qadın həbs olunub
# 22 may 2007 09:13 (UTC +04:00)
Gəlir əldə etmək məqsədi ilə insan alveri ilə məşğul olan Bakı şəhər sakini Solmaz Əbiyeva və Abşeron rayon sakini Məhəbbət Rəhimova tutulub. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi (İAQMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Rəhimovanın insan alveri ilə məşğul olaraq, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə, İAQMİ və Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində isə S. Əbiyevanın qadınları Pakistana aparıb cinsi istismara məruz qoymaları aşkar edilib. Faktla bağlı araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR