Bank Of Baku

Füzuli rayonunun cəbhəyanı kəndləri canavarların hücumuna məruz qalıb

Füzuli rayonunun cəbhəyanı kəndləri canavarların hücumuna məruz qalıb
# 22 may 2007 11:55 (UTC +04:00)
Füzuli rayonunun cəbhəyanı Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndlərinin sakinləri canavarların hücumlarına məruz qalır. Yerli sakinlərin APA-nın Qarabağ bürosunun məlumatına görə, canavarların kəndlərə hücumu son vaxtlar daha da intensivləşib. Son bir həftə ərzində də canavarların xeyli sayda ev heyvanını parçalaması nəticəsində şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Artıq 50-dək inək, camış, qoyun, at və uzunqulağın yırtıcıların hücumuna məruz qaldığı bildirilir. Sakinlər onu da bildiriblər ki, canavarların yaraladığı ev heyvanları həm də quduzluq mənbəyi kimi qorxuludur. Canavarların həyətyanı sahələrə qədər gəldiyini qeyd edən sakinlər onların gecələr tövlələrə soxulduğunu, iri və xırdabuynuzlu heyvanları parçaladığını bildiriblər. Sakinlər qorxudan uşaqlarını evdən kənara buraxmadıqlarını, hər an vəhşilərin hücumu ilə üzləşə biləcəklərindən təlaş işində olduqlarını vurğulayıblar: “Bir tərəfdən, ermənilərin atəşi, digər tərəfdən isə canavar, çaqqal, tülkü sürülərinin hücumu bizi daim təhlükə altında saxlayır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR