Bank Of Baku

Şəmkir Rayon Polis Şöbəsi xeyli miqdarda silah-sursat aşkar edib

Şəmkir Rayon Polis Şöbəsi xeyli miqdarda silah-sursat aşkar edib
# 25 may 2007 11:55 (UTC +04:00)
Bir neçə gün əvvəl Şəmkir rayon Dəllər Cəyir sakini Nizami Səməd oğlu Məmmədov könüllü olaraq bir ədəd AK markalı avtomat silahı hüquq-mühafizə orqanlarına təhvil verib. Bu barədə APA-nın qərb bürosuna Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini İmaməddin Namazov məlumat verib. Onun sözlərinə görə, Şəmkir RPŞ-yə daxil olan operativ məlumat nəticəsində Ağ Dağlar adlanan ərazidən 2 ədəd TOZ-17 markalı silah aşkar edilərək götürülüb. Götürülən silahlar Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin Mərkəzi Bazasına təhvil veriləcək. İ. Namazov əlavə edib ki, bu ilin 5 ayı ərzində ümumilikdə şöbənin əməkdaşları tərəfindən 1 ədəd avtomat, 1 ədəd pnevmatik silah, 7 ədəd ov tüfəngi, 2 ədəd lüləyi kəsilmiş odlu silah, 2 ədəd TOZ-17, 2 ədəd TOZ-8 markalı odlu silah, 1 ədəd tapança, 6 ədəd F-1 əl qumbarası, 70 ədəd 5.45 kalibrli patron, 94 ədəd 7.62 kalibrli patron, 49 ədəd ov tüfənginin patronu tapılaraq götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR