Bank Of Baku

Hindistanda toyuq cinsini dəyişərək xoruza çevrilib

Hindistanda toyuq cinsini dəyişərək xoruza çevrilib
# 25 may 2007 13:01 (UTC +04:00)
APA-nın məlumatına görə, toyuğun sahibi quşun cinsinin heç bir kənar təsir olmadan dəyişdiyini bildirib. Onun sözlərinə görə, toyuq əvvəl yumurtalayıb, hətta bu yumurtadan cücələr də çıxıb. Lakin sonradan toyuğun başında xoruzlara xas olan pipik əmələ gəlməyə başlayıb. Qərbi Benqal ştatının baytarları fermer təsərrüfatına baş çəkərək toyuğun cinsini dəyişməsi faktını araşdırıblar. Onlar bildirib ki, belə hala az-az olsa da, rast gəlinir. Florida Kənd Təsərrüfatı və Qida İnstitutunun tədqiqatlarına əsasən, ev quşlarında cinsin dəyişməsi yumurtalığın zədələnməsi zamanı baş verir. Baytarlar xoruza çevrilmiş sabiq toyuğu tədqiqat aparmaq üçün özləri ilə götürmək istəsələr də, fermer Həzrəddin Məhəmməd buna imkan verməyib. O, baytarlara verdiyi rədd cavabını baş verən hadisənin möcüzə olması ilə əsaslandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR