Bank Of Baku

Sədərəkdə Respublika günü və “Ümid” körpüsünün istifadəyə verilməsinin 15-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib

Sədərəkdə Respublika günü və “Ümid” körpüsünün istifadəyə verilməsinin 15-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib
# 29 may 2007 08:31 (UTC +04:00)
28 May - Respublika günü və “Ümid” körpüsünün istifadəyə verilməsinin 15-ci ildönümü münasibətilə Sədərək gömrük-keçid məntəqəsində bayram tədbiri keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu, Türkiyədən gəlmiş nümayəndə heyəti və bir sıra rəsmi şəxslər iştirak edib. Tədbirdə çıxış edən V. Talıbov qonaqları salamlayaraq, iki ölkə arasındakı əlaqələrin səviyyəsindən danışıb. V. Talıbov “Ümid” körpüsünün istifadəyə verilməsi əhəmiyyətini qeyd edərək, son 15 ildə bu körpüdən 7 mln. 900 min nəfərin istifadə etdiyini, bundan 4 mln. 800 min nəfərin Azərbaycan vətəndaşı, 3 mln. nəfərdən çoxunun isə Türkiyə vətəndaşı olduğunu bildirib. Türkiyənin ölkəmizdəki səfiri H.A.Karslıoğlu da iki ölkə arasındakı əlaqələrdən, hər iki ölkənin inkişafından danışıb. Azərbaycan və Türkiyənin irimiqyaslı layihələrdə uğurla iştirak etdiyini diqqətə çatdıran natiq bu əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. Tədbirin sonunda iştirakçılar qarşısında Türkiyə və Azərbaycanın folklor qrupları müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR