Bank Of Baku

Milli Məclisin üzvü Hüseyn Abdullayev Azərbaycanı tərk edərək Almaniyaya gedib

Milli Məclisin üzvü Hüseyn Abdullayev Azərbaycanı tərk edərək Almaniyaya gedib
# 29 may 2007 09:02 (UTC +04:00)
Yaxınları H. Abdullayevin ölkəni tərk etməsini onun müalicəsi ilə əlaqələndiriblər: “Hüseyn Abdullayev onurğa sütunundan əməliyyat olunmalıdır. Bu əməliyyatın Azərbaycanda effektiv keçirilməsi müalicəsi mümkün deyil”. Yaxınları H. Abdullayevin ölkəni rəsmi icazə əsasında tərk etdiyini də qeyd ediblər. Səbayel rayon Məhkəməsinin hakimi İlham Ağayev də APA-ya açıqlamasında bunu təsdiqləyərək, bu il mayın 22-də H. Abdullayevin ölkəni tərk etməsinə rəsmən icazə verildiyini deyib. Hakim bildirib ki, H. Abdullayev məhkəməyə müraciət edərək, müalicə olunmaq üçün ölkəni tərk etmək üçün icazə istəyib. İ. Ağayev H. Abdullayevə Almaniyada müalicə olunmaq üçün 35 gün müddətində rəsmi icazə verildiyini bildirib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR