Bank Of Baku

Hacıqabul rayon Polis şöbəsinin rəis müavini Əli Bayramlı Şəhər Elektrik Şəbəkəsinin nəzarətçisini döyərək, ona ağır xəsarət yetirib

Hacıqabul rayon Polis şöbəsinin rəis müavini Əli Bayramlı Şəhər Elektrik Şəbəkəsinin nəzarətçisini döyərək, ona ağır xəsarət yetirib
# 29 may 2007 10:44 (UTC +04:00)
Baş vermiş hadisə barədə APA-nın Mil-Muğan bürosuna məlumat verən N. Hüseynovun bildirdiyinə görə, mayın 26-da axşam saatlarında abunəçilərin elektrik sayğaclarının göstəriciləri haqqında bildiriş qəbzlərini yoxlayarkən zorakılığa məruz qalıb. Yoxlama zamanı Əli Bayramlı şəhərində yaşayan İsmayıl Qasımov onu söyə-söyə yanına gəlməyi tələb edib. İ. Qasımov heç bir səbəb göstərmədən əvvəlcə onu sillə ilə vurub, sonra isə qovaraq yaşadığı evin blokuna salıb, daxili orqanlarını ciddi zədələyib. Bundan sonra nəzarətçi öz rəisinə zəng edib və hadisə yerinə gələn rəis təcili yardım çağırıb. Nəzarətçi ağır vəziyyətdə Əli Bayramlı şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi baş vermiş hadisəyə ciddi reaksiya verib, şikayət ərizəsi ilə Əli Bayramlı şəhər Prokurorluğuna müraciət olunub. Faktla bağlı Əli Bayramlı şəhər Prokurorluğunda cinayət işi başlanılıb, tədqiqat aparılır.
Əli Bayramlı şəhər Polis Şöbəsindən APA-ya verilən açıqlamada fakt təsdiqlənib. Bildirilib ki, İ. Qasımov həqiqətən də Əli Bayramlı şəhərində kirayədə yaşayır. Hacıqabul rayon Polis Şöbəsindən də APA-ya eyni məzmunlu məlumat verilib.
Əli Bayramlı Prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı N. Hüseynov tərəfindən prokurorluğa şikayət daxil olub və bu məsələ araşdırılır: “Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq. Məsələ ilə bağlı hələlik cinayət işi başlanılmayıb”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR