Bank Of Baku

Qubada 11-ci sinif şagirdləri arasında mübahisə ölümlə nəticələnib

Qubada 11-ci sinif şagirdləri arasında mübahisə ölümlə nəticələnib
# 29 may 2007 11:31 (UTC +04:00)
1 saylı orta məktəbin 11-ci “b” sinif şagirdi Taleh Mehman oğlu Şirinbəyov 11-ci “a” sinif şagirdi Qədir Mais oğlu Qədirov tərəfindən bıçaqla qətlə yetirilib. Quba Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, hadisə şəxsi mübahisə zəminində baş verib. Nəticədə Qədir Qədirov öz dostu Taleh Şirinbəyovu bıçaqla ağır yaralayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR