Bank Of Baku

Tovuzda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib

Tovuzda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib
# 29 may 2007 11:57 (UTC +04:00)
Tovuz şəhərinin girişində ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağstafa rayon sakini Rövşən Aşurov idarə etdiyi “İkarus” markalı avtomaşınla yoldan keçən qoyun sürüsünü vurub. Avtomaşının sərnişinləri - Tovuz rayon sakinləri Ramin Mehdiyev və Afiq Abbasov vurulmuş qoyunları kəsərkən Bakı şəhər sakini Taib Mirzəyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşın onları vurub. Nəticədə R. Mehdiyev hadisə yerində ölüb, xəsarət alan A. Abbasov isə xəstəxanaya yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR