Bank Of Baku

Hacıqabul rayon Polis Şöbəsinin rəis müavini Əli Bayramlı şəhər Elektrik Şəbəkəsinin nəzarətçisi döyməsi barədə məlumatları təkzib edib

Hacıqabul rayon Polis Şöbəsinin rəis müavini Əli Bayramlı şəhər Elektrik Şəbəkəsinin nəzarətçisi döyməsi barədə məlumatları təkzib edib
# 29 may 2007 13:24 (UTC +04:00)
Hacıqabul rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenant İsmayıl Qasımov Əli Bayramlı şəhər Elektrik Şəbəkəsində nəzarətçi işləyən Natiq Hüseynovu döyməsi barədə yayılan xəbəri təkzib edib. Məsələyə aydınlıq gətirən polis zabiti APA-ya açıqlamasında bildirib ki, mayın 26-da Əli Bayramlıda kirayə yaşadığı evdə qəflətən işıqlar söndürülüb: “Küçəyə çıxıb məsələ ilə maraqlananda məlum oldu ki, Elektrik Şəbəkəsinin əməkdaşları bizə gələn elektrik enerjisini kəsiblər. Yaxınlıqda olan “Azərenerji” müfəttişindən bunun səbəbini soruşdum. Həmin şəxs bildirdi ki, ödəniş aparmadığımız üçün bu addım atılıb. Ona bildirdim ki, ödənişi 2 gün əvvəl, yəni mayın 24-də aparmışam. Mənimlə bağlı şikayət edən Natiq Hüseynov isə belə olmadığını iddia etdi. Sonradan onlar məsələni dəqiqləşdirib mənim haqlı olduğumu bildilər, necə deyərlər, qabaqlayıcı tədbir görmək məqsədi ilə məndən şikayət ediblər. Məndə olan məlumata görə, bu şikayətlə bağlı Əli Bayramlı prokurorluğunda araşdırma aparılır. Natiq Hüseynovun üzərində zorakılıq əlamətlərinin olmadığı aşkarlanıb”.
Rəis müavini onu da bildirib ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin əməkdaşları mayın 27-də onun kirayə yaşadığı evdə işıq sayğacına müdaxilə edilməsi barədə akt tərtib ediblər. Bununla razılaşmayan İ. Qasımov bunun həqiqətə uyğun olmadığını bildirib: “Sayğac qıfıllıdır, belə olan halda mən ora necə müdaxilə edə bilərəm?”
Rəis müavini deyib ki, baş verənlərlə bağlı Əli Bayramlı Şəhər Prokurorluğuna müraciət ünvanlayaraq pozulan hüquqlarının bərpa olunmasını xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR