Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 29 may 2007 13:59 (UTC +04:00)
Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonu Gərmətük qəsəbəsinin sakini, 1961-ci il təvəllüdlü Fəzail Əzim oğlu Səfərovun idarə etdiyi “VAZ-2106” markalı 42 BX 540 dövlət nömrə nişanlı avtomobil həmin rayonun Hirkan qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Xalid Ramazan oğlu Rəhimovun idarə etdiyi “VAZ-21099” markalı 10 LN 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobilin sərnişini, Gərmətük qəsəbəsinin sakini, 1971-ci il təvəllüdlü Şaiq Şahgəldi oğlu Musayev çoxlu bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən yolda keçinib. Xəsarət almış hər iki sürücü isə MRX-nin travmatologiya şöbəsinə yerləşdirilib. Şöbədən onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR