Bank Of Baku

Xalq artisti Teymur Mustafayevin oğlu həlak olub

Xalq artisti Teymur Mustafayevin oğlu həlak olub
# 30 may 2007 09:15 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində Bakı şəhəri, 4-cü mikrorayon, Cəbiyev küçəsi 29, mənzil 3-də yaşayan, 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğluna məxsus “VAZ-21010” markalı, 10-LM-110 dövlət nömrə nişanlı minik avtomobilinin yanar konstruksiyaları yanıb. Yanğın saat 17:44 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerində 1968-ci il təvəllüdlü Mustafayev Bakıxan Teymur oğlunun yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, B. Mustafayev tanınmış müğənni, xalq artisti Teymur Mustafayevin oğludur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR