Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 30 may 2007 13:22 (UTC +04:00)
Mayın 29-da saat 23.00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Velədi kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonu Velədi kənd sakini, 1957-ci il təvəllüdlü Əkrəm Məmmədtağı oğlu Əliyevin idarə etdiyi QAZ-24 markalı 42 VC 096 dövlət nömrə nişanlı avtomobil həmin rayonun sakini Elnur Gülağa oğlu Əhmədovun idarə etdiyi VAZ-2107 markalı 10 HS 603 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ-2107 markalı avtomobilin sərnişini, Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Nihad Mübariz oğlu Bağırov çoxlu bədən və kəllə-beyin travması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, N. Bağırovun həyatını xilas etmək mümkünü olmayıb. Xəsarət alan QAZ-24-ün sürücüsü Əkrəm Əliyev və digər sərnişin Yusif Səfər oğlu Şirinov isə ilkin tibbi yardımdan sonra MRX-dən evə buraxılıblar.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR