Bank Of Baku

Bakı kəndlərinə gedən avtobusların metronun “Məşədi Əzizbəyov” stansiyası ətrafındakı dayanacaqlarının köçürülməsinə başlanılıb

Bakı kəndlərinə gedən avtobusların metronun “Məşədi Əzizbəyov” stansiyası ətrafındakı dayanacaqlarının köçürülməsinə başlanılıb
# 30 may 2007 15:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu dayanacaqlar metronun “Ulduz” stansiyası yaxınlığındakı boş əraziyə köçürülür. “Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat katibi Samir Həsənov isə APA-ya bildirib ki, dayanacaqların “Məşədi Əzizbəyov” stansiyası yaxınlığından köçürülməsi ərazidə körpünün tikintisi ilə bağlıdır. Bakıətrafı qəsəbə və kəndlərə gedən avtobuslar müvəqqəti olaraq “Ulduz” stansiyasının yaxınlığından və şəhərdə müəyyən edilmiş digər dayanacaqlardan istifadə edəcək. S. Həsənovun sözlərinə görə, Bakı şəhərində 65 yerdə əlavə dayanacağın yaradılması nəzərdə tutulur. Bunun üçün müvafiq yerlərin ayrılması barədə danışıqlar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR