Bank Of Baku

FHN-nin briqadaları ermənilərin törətdikləri yanğınların Azərbaycanın nəzarətində olan ərazilərə keçməsinin qarşısını almaq məqsədi ilə hazır vəziyyətə gətirilib

FHN-nin briqadaları ermənilərin törətdikləri yanğınların Azərbaycanın nəzarətində olan ərazilərə keçməsinin qarşısını almaq məqsədi ilə hazır vəziyyətə gətirilib
# 08 iyun 2007 12:14 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib: “Yanğınsöndürənlərimiz həmişə, xüsusilə də yay aylarında cəbhə xəttində hazır vəziyyətdə dayanırlar. Ermənilər tərəfindən törədilə biləcək təhlükələrə baxmayaraq, imkan daxilində cəbhə xətti boyu yanğınlar dərhal söndürülür”.
K. Heydərov deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərini, mədəni və tarixi abidələrini dağıdıb yandırmaqla kifayətlənməyən ermənilər işğal olunmuş ərazilərlə həmsərhəd rayonlarda əkin sahələrini və ot tayalarını da atəşə tutaraq, yandırırlar. Bu məsələni nazir bir neçə ay əvvəl Mərakeşdə keçirilən toplantıda da qaldırıb: “Ermənistanın fövqəladə hallar struktrunun rəhbəri də həmin toplantıda iştirak edirdi. Mən qeyd etdim ki, dünyanın başqa başqa ölkələrindən yığışıb fövqəladə halların baş verməməsi üçün metodlar hazırlayır, müzakirə edirik. Amma işğalçı Ermənistanın qoşunları bilərəkdən fövqəladə hallar törədirlər. Azərbaycanın işğal olunmuş ərazilərinin yaxınlığında əkin sahələrini, biçənəkləri yandırırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR