Bank Of Baku

Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
# 10 iyun 2007 12:22 (UTC +04:00)
APA-nın məlumatına görə, üç saat davam edən görüşdən sonra jurnalistlərə açıqlama verən Azərbaycan XİN başçısı Elmar Məmmədyarov əvvəlcə prezidentlərin təkbətək görüşdüklərini, sonra isə özünün və Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və Metyu Brayza (ABŞ) görüşə qatıldığını bildirib.
E. Məmmədyarov görüşdə hər bir tərəfin öz mövqeyini bildirdiyini və münaqişənin nizamlanması ilə bağlı əsas prinsiplərin müzakirə olunduğunu deyib: “ Biz həmin prinsiplər əsasında regionda uzunmüddətli sülhə nail olunması barədə razılığa gəlməyə hazırlaşırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR