Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi pozub
# 11 iyun 2007 07:33 (UTC +04:00)
Bu gecə atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 11-də saat 01.30-dan 01.40-dək Ermənistanın İcevan rayonunun Kayan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR