Bank Of Baku

Ucar-Bakı yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Ucar-Bakı yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 11 iyun 2007 09:55 (UTC +04:00)
İyunun 10-da saat 13.10 radələrində Ucar-Bakı yolunun Göyçayın Müsgürlü kəndi ərazisində ağır yol qəzası baş verib. APA-nın Aran bürosunun məlumatına görə, Hyundai markalı maşının aşması nəticəsində avtomobilin sürücüsü, 1947-ci il təvəllüdlü Həsənov Fikrət Ələşrəf oğlu ağır yaralanıb. Yaralı Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. Ucar rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi Gündüz Qasımovun APA-nın Aran bürosuna verdiyi məlumata görə, F. Həsənov qapalı kəllə-beyin travması və döş qəfəsinin kompresol sınığından dünyasını dəyişib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR