Bank Of Baku

İki gün əvvəl kürəkənini güllələyən Gəncə sakini dünən özünü öldürüb

İki gün əvvəl kürəkənini güllələyən Gəncə sakini dünən özünü öldürüb
# 14 iyun 2007 08:39 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, Əşrəf Hüseynov tapança ilə başının sağ nahiyəsinə atəş açıb. Yaralı dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılıb, Əşrəf Hüseynovun üzərində təcili cərrahiyyə əməliyyatı aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı axşam saatlarında vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Prokurorluqdan APA-nın Qərb bürosuna bildiriblər ki, araşdırma başa çatmamış ictimaiyyətə heç bir məlumat verilməyəcək. Qeyd edək ki, Əşrəf Hüseynov iyunun 11-də saat 22.45 radələrində kürəkəni, 27 yaşlı Rzayev Ramin Asəf oğluna odlu silahdan atəş açıb. Sol çiynindən ağır güllə yarası alan Ramin Rzayev xəstəxanaya çatdırılıb. Yaralı prokurorluq orqanlarına verdiyi ifadədə qayınatası Əşrəf Hüseynov tərəfindən vurulduğunu deyib. Onun sözlərinə görə, qayınatası atəş açdıqdan sonra odlu silahı da özü ilə götürərək qaçıb. Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən Hüseynov Əşrəf barəsində əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, onu tapmaq mümkün olmayıb. İlkin ehtimala görə, qayınata ilə kürəkən arasında mübahisə mülklə bağlı olub. Ramin Rzayev qayınatası ilə bir evdə yaşayıb, onların arasında başlanan mübahisə Əşrəf Hüseynovun öz kürəkənini güllələməsi ilə nəticələnib. Hadisədən iki gün sonra özünü Heydər Əliyev meydanında güllələyən 1966-cı il təvəllüdlü Hüseynov Əşrəf Əjdər oğlunun əvvəllər məhkum olduğu bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR