Bank Of Baku

Nizami bələdiyyəsi sədrinin qardaşını güllələyiblər

Nizami bələdiyyəsi sədrinin qardaşını güllələyiblər
# 18 iyun 2007 16:54 (UTC +04:00)
Nərimanov rayon prokurorluğundan APA-ya verilən məlumata görə, Əfqan Zəfər oğlu Şirzadov münaqişə zəminində Nizami rayon bələdiyyəsinin sədri Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımovu odlu silahdan açılan atəşlə yaralayıb. Güllə yarası alan Vidadi Qasımov Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Cinayət işinin araşdırılması prokurorluğun böyük müstəntiqi Yaşar Əliyevə həvalə olunub. Nizami bələdiyyəsinin sədri Arif Qasımov baş verən hadisə ilə bağlı APA-ya açıqlama verməkdən imtina edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR