Bank Of Baku

Əli Bayramlıda baş verən yol qəzasında iki nəfər ölüb

Əli Bayramlıda baş verən yol qəzasında iki nəfər ölüb
# 19 iyun 2007 07:31 (UTC +04:00)
Ötən gün saat 23.10 radələrində Əli Bayramlının Çılpaqlı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Əli Bayramlı şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, “KAMAZ” markalı, 44-VY-468 dövlət nömrə nişanlı yük avtomobili ilə “QAZ-24” markalı, 50-VF-747 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində “QAZ-24”ün sərnişinləri - Əli Bayramlı şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 1978-ci il təvəllüdlü Orxan İmanzadə və 2004-cü il təvəllüdlü Pəri İmanzadə hadisə yerində keçiniblər. Digər sərnişinlər - 2002-ci il təvəllüdlü Fəridə İmanzadə kəllə-beyin travması ilə ağır vəziyyətdə reanimasiya şöbəsinə, üç nəfər isə orta ağır vəziyyətdə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR