Bank Of Baku

Naxçıvanın su hövzələrində iki nəfər boğulub

Naxçıvanın su hövzələrində iki nəfər boğulub
# 21 iyun 2007 07:57 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində ölüm hadisəsi baş verib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Emil Hüseyn oğlu Xok gölündə çimərkən boğulub. Hadisə dünən günorta saatlarında baş verib. Mərhumun meyiti həmin gün tapılıb və ailəsinə verilib.
Qeyd edək ki, bu, son günlər Naxçıvan MR ərazisində baş verən ikinci boğulma hadisəsidir. Belə ki, iyunun 19-da Babək rayonunun Badaşqan kənd sakini, 2005-ci il təvəllüdlü Nəcəfov Sabir Mehman oğlu həyətlərinin yanından keçən kanala düşərək boğulub. Hadisənin valideynlərin səhlənkarlığı səbəbindən baş verdiyi bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR