Bank Of Baku

“Xəzərdənizneftqaztikinti” trestinin əməkdaşlı Kamal Məmmədov Gürcüstanda faciəli şəkildə həlak olub

“Xəzərdənizneftqaztikinti” trestinin əməkdaşlı Kamal Məmmədov Gürcüstanda faciəli şəkildə həlak olub
# 21 iyun 2007 14:20 (UTC +04:00)
Gürcüstanda “Şimal-Cənub” magistral qaz kəmərinin yenidən qurulmasında iştirak edən “Xəzərdənizneftqaztikinti” trestinin əməkdaşlı Kamal Məmmədov faciəli şəkildə həlak olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kamal Məmmədov çayda batan üç məktəbli qızı xilas etməyə çalışarkən dünyasını dəyişib. Məktəbli qızlar qaz kəmərinin təmir olunduğu Meneso kəndi yaxınlığında, Arakvi çayının sahilində çəkiliş aparırmış. Qəflətən sahildə baş verən torpaq sürüşməsi qızların çaya düşməsinə səbəb olub. Qaz kəmərinin təmiri ilə məşğul olan azərbaycanlı Vilayət Balacanov və Kamal Məmmədov qızları xilas etmək üçün özlərini çaya atıblar. Qızlardan birinin həyatını xilas etmək mümkün olub, Kamal Məmmədov və digər iki qız isə çayda batıb. “Gürcüstan-Minilliyin çağırışları” fondu Kamal Məmmədovun ailə üzvlərinə başsağlığı verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR