Bank Of Baku

Bibiheybətdə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanılıb

Bibiheybətdə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanılıb
# 21 iyun 2007 15:36 (UTC +04:00)
Səbayel rayon prokurorunun müavini Elçin Sultanovun APA-ya verdiyi məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2 (əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işinin müstəntiqi Vüqar Ələkbərovdur.
E. Sultanovun bildirdiyinə görə, hadisənin baş verməsi ilə bağlı ilkin ehtimal mədəndəki preparator qurğusunun partlamasıdır. Prokurorun müavini qeyd edib ki, hadisə nəticəsində həlak olan şəxslərin hər ikisi Bibiheybətdəki Neft-Qazçıxarma İdarəsinin əməkdaşlarıdır.
Qeyd edək ki, bu gün saat 14:30-15:00 radələrində Bakıda “Bibiheybət” Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı mədənindəki 38 78 saylı quyuda baş verən partlayış nəticəsində mədənin mühəndisi Elman Həsənov və Mirkazım Əsgərov hadisə yerində həlak olub. Kliniki Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralananlardan biri 1949-cu il təvəllüdlü Hüseynov Sülhəddindir. O, döş qəfəsindən ağır yaralanıb, hazırda onun vəziyyəti kafidir, üzərində cərrahiyyə əməliyyatı aparılacaq. Digər şəxs, 1949-cu il təvəllüdlü Süleymanov Kərim isə biləyindən yaralanıb. Ona ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
“Bibiheybət” NQÇİ-dən isə bildirilib ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılacaq./APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR