Bank Of Baku

Zərdabda narkotik vasitələrin satışı ilə məşğul olan cinayətkar dəstə ifşa olunub

Zərdabda narkotik vasitələrin satışı ilə məşğul olan cinayətkar dəstə ifşa olunub
# 22 iyun 2007 14:51 (UTC +04:00)
Zərdab rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib. APA-nın Aran bürosunun məlumatına görə, Zərdab Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmmədqasımlı kənd sakinləri 1984-cü il təvəllüdlü Aran Əlövsət oğlu İsgəndərov, 1974-cü il təvəllüdlü Rofiq Abdulhəmid oğlu Mehdiyev və Pərvanlı kənd sakini, 1972-ci il təvəllüdlü Natiq Məhəmməd oğlu Rüstəmovdan 9,26 qram marixuana satarkən yaxalanıblar. Hazırda Zərdab RPŞ-də faktla bağlı istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR